Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven"in yeni baş məşqçisi açıqlanıb.
"Operativ Media" xəbər verir ki, Niderland təmsilçisinin sükanı Villem Veysə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Veys bu postda bir müddət əvvəl istefaya göndərilən Rob Pendersi əvəzləyib.
"Eyndhoven" ötən mövsümü 8-ci sırada bitirib və Erediviziyaya vəsiqə qazana bilməyib.






