Menyu

Zlatan İbrahimoviç karyerasını bərpa edə bilər

Əziz Əzizli
Zlatan İbrahimoviç karyerasını bərpa edə bilər
1 dəq oxu

"Milan"ın sabiq futbolçusu Zlatan İbrahimoviç karyerasını bərpa edə bilər.

"Operativ Media" xəbər verir ki, 41 yaşlı hücumçu bununla bağlı İtaliya mətbuatına açıqlamasında deyib:

"Tələsmirəm, necə olacağını görəcəyik. Karyeramı bitirməyimdən cəmi üç həftə keçib. Ola bilsin, yenidən meydana çıxım, kim bilir... Bəlkə, bir aydan sonra "Milan"ın düşərgəsində oldum. Hər şey ola bilər".

İbrahimoviç İtaliya A Seriyasında ötən mövsümün sonuncu turunun "Verona" ilə oyunundan (3:1) sonra karyerasını bitirdiyini açıqlayıb.

Əlaqəli Xəbərlər