27 İyun 2023, 18:28
"Yuventus" amerikalı futbolçu ilə güclənir

"Lill"in futbolçusu Timoti Vea karyerasını İtaliyada davam etdirəcək.
"Operativ Media" xəbər verir ki, amerikalı cinah oyunçusu "Yuventus"la razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klublar 23 yaşlı forvardın keçidi üçün razılığa gəliblər.
Vea bu həftə Turinə yollanacaq və tibbi müayinədən keçəcək.
Forvard ötən mövsüm Fransa çempionatında 29 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.