"Qarabağ" kolumbiyalı hücumçunu transfer etmək istəyir

Əziz Əzizli
"Qarabağ" kolumbiyalı hücumçunu transfer etmək istəyir

"Reyncers"dən ayrılan Alfredo Morelos karyerasını Azərbaycanda davam etdirə bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Xəbərdə Azərbaycan çempionunun kolumbiyalı hücumçuya təklif göndərdiyi bildirilib.

Morelosun adı daha əvvəl "Fənərbağça" ilə də hallanırdı. 27 yaşlı hücumçu hazırda azad agentdir.

Morelos ötən mövsüm "Reyncers"lə Şotlandiya çempionatında 30 oyunda 11 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər