Azərbaycan idmançıları Fransada beynəlxalq turnirə qatılacaqlar

Əziz Əzizli
Azərbaycan idmançıları Fransada beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-taekvondo idman növü üzrə milli komandasının üzvləri baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Fransanın Montarji şəhərində keçiriləcək Açıq Avropa Çempionatı və Açıq Həmrəylik turnirində iştirak edəcəklər. 

"Operativ Media" xəbər verir ki, Açıq Avropa Çempionatı 28-30 iyun, Açıq Həmrəylik turniri isə 01-02 iyul tarixlərində keçiriləcək.

Hər iki yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Digər xəbərlər