Menyu

"Milan" yeni qapıçı transfer etdi

Əziz Əzizli
"Milan" yeni qapıçı transfer etdi
1 dəq oxu

İtaliyanın "Milan" komandası heyətinə yeni qapıçı cəlb edib.

"Operativ Media" xəbər verir ki, komanda "Atalanta"nın qolkiperi Marko Sportiellonu sıralarına qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

31 yaşlı əlcək sahibi "Milan"a azad agent kimi keçib. Onunla imzalanmış müqavilə 2027-ci ilə kimi nəzərdə tutulub.

Sportiello "Milan"da 57 nömrəli formanı geyinəcək.

Əlaqəli Xəbərlər