"Zenit" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

Əziz Əzizli
"Zenit" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Matç TV” turnirində “Neftçi”nin rəqiblərindən olan yerli “Zenit” komandası ciddi itkilərlə üzləşib.

"Operativ Media"nın “bobsoccer” saytına istinadən məlumatına görə, Rusiya klubu turnirin ilk turunda “Neftçi” önünə ideal heyətlə çıxa bilməyəcək.

Belə ki, komandanın 8 oyunçusu Azərbaycan təmsilçisi ilə görüşdə məşqçilər korpusunun sərəncamında olmayacaq. Onlardan 6-sı cənubi amerikalıdır – braziliyalılar Malkom, Vendel, Robert Renan, Rodriqao və kolumbiyalılar Matteo Kassierra, Vilmar Barrios.

Bundan başqa qazaxıstanlı Nurali Alip və yerli oyunçu Daler Kuzyayev də iyulun 1-dəki görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Zenit” – “Neftçi” oyunu “Qazprom Arena”da keçiriləcək.

Digər xəbərlər