Menyu

FİFA yeni reytinq cədvəlini açıqlayıb

Əziz Əzizli
FİFA yeni reytinq cədvəlini açıqlayıb
1 dəq oxu

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

"Operativ Media" qurumun saytına istinadən xəbər verir ki, millimiz son reytinqlə müqayisədə 3 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1143 xalla 121-ci pillədə qərarlaşıb.

 Millimiz bu ay Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə heç-heçə (1:1) edib.

İlk 3-lükdə dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pillədə (1840 xal) . Fransa 2-ci (1838), Braziliya 3-cü (1834) pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər