Azərbaycan millisi İspaniyaya uduzdu
Əziz Əzizli
Kişilərdən ibarət çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.
"Operativ Media" xəbər verir ki, yığma Polşa (2:7) və Portuqaliyanın (2:5) ardından yer aldığı A qrupunda İspaniyaya da məğlub olub. Azərbaycan seçməsi Elşad Manafovun 10-cu dəqiqədə vurduğu qolla hesabı açsa da, sonda 1:7 hesabı ilə uduzub.
Yığmamız iyunun 30-da 5-8-ci yerlər uğrunda ilk görüşünü keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net