"Dinamo Zaqreb" heç-heçə etdi - Mahir Emreli oynadı

Əziz Əzizli
"Dinamo Zaqreb" heç-heçə etdi - Mahir Emreli oynadı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu Sloveniya toplanışında yoxlama oyunu keçirib.

"Operativ Media" xəbər verir ki, Zaqreb təmsilçisi yerli “Koper” klubu ilə üz-üzə gəlib. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli qarşılaşmaya ehtiyatda başlayıb. 26 yaşlı hücumçu 46-cı dəqiqədə – komandası hesabda 1:2 geridə olarkən Bartol Barişiçin əvəzinə meydana daxil olub.

“Dinamo”nun qollarını Fran Topiç (21) və Antonio Marin (49) vurub.

Digər xəbərlər