Zaqreb "Dinamo"sunda çıxış edən Mahir Emreli yenidən "Konyaspor"a keçə bilər.
"Operativ Media" xəbər verir ki, Super Liqa təmsilçisi ötən mövsümün ikinci dövrəsini komandada keçirən forvardı yenidən heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyədə yeni mövsümdən heyətdə olan azərbaycanlı bir futbolçu legioner sayılmayacaq. Konya təmsilçisi Emrelini yenidən icarəyə götürməyi düşünür, lakin hələ qəti qərar qəbul edilməyib.
Azərbaycan millisinin üzvü "Konyaspor"la Super Liqada 12 oyunda 2 qolla yadda qalıb.
"Dinamo"nun düşərgəsində olan Mahir dünən "Koper" (Sloveniya) ilə yoldaşlıq görüşündə 45 dəqiqə şans qazanıb.






