PSJ-nin baş məşqçisi Kristof Qaltye və oğlu Con Valoviç-Qaltye saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Mütəxəssis və oğlu irqçilikdə ittiham olunur. İddialara görə, Qaltye "Nitsa"da işləyən vaxt "komandada bu qədər qaradərili və müsəlman ola bilməz" deyib və bir neçə futbolçunu klubdan göndərib.
PSJ-nin Qaltye ilə yollarını ayıracağı gözlənilir.






