Apple-ın bazar dəyəri yenidən 3 trilyon dolları keçib

admin
Apple-ın bazar dəyəri yenidən 3 trilyon dolları keçib

ABŞ-nin texnologiya nəhəngi Apple-ın bazar dəyəri keçən ilin yanvarından bəri ilk dəfə 3 trilyon dolları ötüb.

İqtisadiyyat.az xəbər verir ki, ilin əvvəlindən səhmləri 50 faizdən çox bahalaşan “Apple”ın səhmləri bu gün 1 faizdən çox artaraq 193,15 dollar olub.

Beləliklə, dünyanın ən dəyərli şirkəti olan Apple-ın bazar dəyəri 3,03 trilyon dollara çatıb.

Bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan Apple-ın 19 avqust 2020-ci ildə bazar dəyəri 2 trilyon dollara qədər artıb.

Şirkətin bazar kapitallaşması ilk dəfə 2022-ci ilin yanvarında qısa müddət ərzində 3 trilyon dolları ötüb və Apple-ı 3 trilyon dollarlıq bazar kapitalına çatan ilk şirkət edib.

Digər xəbərlər