Menyu

"Çelsi" hücumçu transferini açıqladı

Əziz Əzizli
"Çelsi" hücumçu transferini açıqladı
1 dəq oxu

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Operativ Media" xəbər verir ki, "zadəganlar" "Vilyarreal"dan Nikolas Ceksonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı forvardla 8 illik müqavilə imzalanıb.

London klubu 22 yaşlı hücumçu üçün İspaniya təmsilçisinə 35 milyon avro ödəyəcək.

Cekson ötən mövsüm "Vilyarreal"la 38 oyunda 13 qol vurub.

Əlaqəli Xəbərlər