Ana səhifə / İqtisadiyyat / Azərbaycanın pambıq ixracı azalıb Azərbaycanın pambıq ixracı azalıb 01.07.2023, 10:10 Nərmin Qocamanlı Bu ilin yanvar-may aylarında Azərbaycan 68 milyon 874 min ABŞ dolları dəyərində pambıq ixrac edib. "Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata görə, bu, illik müqayisədə 2,2 dəfə azdır. Ölkənin ümumi ixracında pambıq ixracının payı 0,43 % olub. Beş ayda Azərbaycana 2 milyon 537 minABŞ dolları dəyərində pambıq idxal olunub. Bu da ötən ilin müvafiq dövrünə nisbətdə 11,7 % azalma deməkdir. Pambıq idxalı ölkənin ümumi idxalının 0,04 %-ni təşkil edib. Teqlər: "Azərbaycanın pambıq ixracı azalıb"
28.02.2026, 16:39 Hakan Fidan İran, İraq və digər ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları aparıb