Menyu

"Barselona" fransız müdafiəçini göndərdi

Əziz Əzizli
"Barselona" fransız müdafiəçini göndərdi

İspaniya çempionu "Barselona" fransalı müdafiəçi Samuel Umtiti ilə müqaviləyə xitam verib.

"Operativ Media" xəbər verir ki, bu haqda Kataloniya klubunun saytı məlumat yayıb.

29 yaşlı futbolçu son mövsümü icarə əsasında İtaliyanın “Leççe” klubunda keçirib.

Samuel Umtiti 2016-cı ildə Fransa "Lion"undan "Barselona"ya keçib. 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olduqdan sonra Umtiti çoxsaylı zədələr səbəbindən "Barselona"nın əsas heyətindən kənarda qalıb.

Samuel Umtiti "Barselona"nın heyətində ikiqat İspaniya çempionu, üçqat kubokun qalibi və ikiqat Superkubokun qalibi olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər