http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Barış Şimşək: "Azərbaycanda ictimaiyyətə vəziyyəti izah edəndə rahatlayırlar" - MÜSAHİBƏ

01 İyul 2023 , 17:10
Barış Şimşək: "Azərbaycanda ictimaiyyətə vəziyyəti izah edəndə rahatlayırlar" - MÜSAHİBƏ

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Türkiyə mətbuatına müsahibə verib.

"Operativ Media" xəbər verir ki, "Hürriyet"ə danışan türkiyəli sədr Azərbaycandakı işindən, hakimlərin durumundan bəhs edib:

- "Dərzi öz söküyünü tikə bilməz" vəziyyətində olmağımıza baxmayaraq, Avropaya Hakimlər Komitəsinə sədr verdik. Azərbaycanlılar Barış Şimşeki hardan tapdı?

- Mənim üçün də sürpriz oldu. AFFA 2021/2022 mövsümündə "VAR-dan istifadə edəcəyik, amma öyrədilmə üçün kifayət qədər mənbəmiz yoxdur. Kömək edərsizmi?" deyə, TFF-yə (Türkiyə Futbol Federasiyası) müraciət etdi. O vaxt VAR kordinatoru idim. Azərbaycan Hakimlər Komitəsinə dostum Frits Stuxlik rəhbərlik edirdi. TFF-də birlikdə işlədiyim Burçin Keskinle hakimləri Rivada qonaq etdik. Oyunun gedişində tətbiq üçün 2022-ci ilin iyununda Azərbaycandan zəng etdilər və "təşkilatı işləri görürük, amma yeni təklifimiz olaca" dedilər.

- Diqqətiniz maarifləndirmədə olduğu üçün sədr təklifini düşünmürdüz...

- Ağlımdan keçmirdi. Düşünürdüm ki, VAR-a rəhbərlik etməyimi istəyirlər. Yata bilmərəm, təklifiniz nədir deyəndə "Hakimlər Komitəsinə sədrlik etməyi düşünərsizmi" dedilər. Təəccübləndim! "Çox gözəl fürsətdir, kiminsə bunu rədd edəcəyini düşünmürəm. TFF-dən icazə almağınızı xahiş edirəm" dedim.

- Və Bakıda görüş vaxtı gəldi...

- Bəli, VAR kurslarında Rivaya gələn rəhbərlər əlaqələrimi, hakimlərlə rəftarımı görüb, bəyəniblər. Danışıqların türkcə olması da üstünlük idi.

- Türkiyədə hakimlərə qarşı nifrət hissi var. Bu nifrəti yaxından hiss edən biri üçün qürur duyulacaq təklif aldığınızda nə düşündüz?

- Gözəl hisslər idi. Nəticədə UEFA ölkəsi idi, bu, vacibdir.

- Əvvəlcə Trabzondan İstanbula, sonra da Bakıya. Ailəniz buna necə reaksiya verdi?

- Qürur duydular. Həyat yoldaşım ən böyük dəstəyi göstərdi. Düzgün vaxtda düzgün yerdə olmağa inanıram. Bundan sonra necə şansların olacağını bilmirəm, amma bu fürsət bir də gəlməyə bilərdi. Xüsusilə, TFF rəhbərlərinə məni anlayışla qarşıladıqları üçün təşəkkür edirəm.

- Azərbaycanda Hakimlər Komitəsinə Türkiyədən keçmiş hakim seçəcəklər desələr...

- Özümü ilk "beşlik"də saymazdım.

- Azərbaycanda sədr olmaq necə hissdir?

- Sədr və 4 üzv var. Digər üzvlərimiz keçmiş FIFA referiləridir.

- Müqavilənizin detalları necədir?

- 2+1 illik sözləşmə var. İşə başlayanda istefanı düşünmək düzgün deyil. Layihələri reallaşdırmaq üçün 3 il kifayət qədər vaxt deyil. Başda hakimlərin akademiyası olmaqla, planımız çoxdur. İlk ilimdə hər şey qaydasında getdi. İkinci ilin yekununda da belə olarsa, avtomatik sözləşmənin müddəti bir il artacaq.

- Təyinatları siz və üzvlər edirsiz?

- Xeyr, peşəkar liqalara təyinatları mən edirəm. Premyer Liqada 10, I Divizionda 15 komanda idi. İndi 12 komandalı II liqa da olacaq. Həvəskar çempionatlara təyinatları hakimlər şöbəsi edir.

- Neçə hakim var?

- Ötən mövsümü 14 referi ilə tamamladıq. İndi 16 oldu. Aşağı liqalarda say çox azdır. U-19 və U-17-nin oyunlarını 1-ci liqa hakimləri idarə etmək məcburiyyətindədir. Hakimlərin yaş ortalaması 30-dan aşağıdır. Ən yaşlımız isə 38-dir. 23-24 yaşlı hakimlərimiz çoxdur.

- İşə hardan başladız?

- Hakimlər arasında inam yaradıb, güvənli və ədalətli sistem qurmaq üçün yola başlamışam. Müsbət siqnallar almağa başlamışıq. Maarifləndirmə işlərinə daha ciddi yanaşmaq lazımdır, lakin burada tək mənlik bir şey yoxdur. Yaxşı işi yaxşılar görür. Şanslıyam, çünki TFF-də birlikdə çalışdığım Burçin Keskinin təyinatına da AFFA müsbət yanaşırdı. İndi müqaviləli təhsil məsləhətçimizdir.

- Federasiya hakimlərin işinə müdaxilə edir?

- Peşəkar Futbol Liqası var... Federasiya adına aşağı liqaları bu qurum idarə edir. Biz də PFL-in nəzdində işləriyik. Amma hakimlərlə ancaq biz əlaqə qururuq.

- Hər hansı bir səbəblə sizə və ya üzvlərinizə müdaxilə olub?

- Xeyr, heç vaxt. Təyinatlarımıza və dərəcə müəyyənləşdirməyimizlə bağlı dialoqumuz olmayıb.

- Hakimlikdə Azərbaycan bizə yaxındır, yoxsa Avropaya?

- Federasiyadan əlavə bu işləri PFL görür. Türkiyədə həm hakimlik, həm də idarəçilik vaxtımda sərt çıxış görməmişəm. Klublar Federasiyaya qarşı açıqlamalarında çox diqqətli olur.

- Barış Şimşek gəldi, Avropa yolu açıldı. Çempionlar Liqasında ilk dəfə bir azərbaycanlı hakim qrup mərhələsinə təyinat aldı (red-Əliyar Ağayev).

- İşə başlayanda qarşıma qoyduğum əsas hədəf Avropada yüksək səviyyəli oyunlara təyinatların alınması idi. Tarixdə ilk dəfə mənim vaxtımda Çempionlar Liqasına dəvət qürurlu hisslər yaradır. Şansa da inanmaq lazımdır. Hakimlərimizin performansları yaxşıdır. Əliyar Ağayev Kopenhagendə yaxşı oyun idarə etdi. Sonra U-21-lərin Avropa çempionatına təyinat aldı. Elçin Məsiyev U-17-lərin finallarına getdi. Çimərlik Futbolu hakimimiz dünya çempionatında yer aldı. UEFA-da nümayəndə sayımız 2-dən 3-ə qalxdı.

- Azərbaycanda da VAR ilk dəfə sizin vaxtınızda tətbiq edildi...

- Çox maraqla gözlənilirdi. İctimaiyyəti başa salmaq asan deyil, çünki səhvlərin bitəcəyini düşünürlər. VAR-ın fəlsəfəsini daha düzgün izah edə bilsəniz, uğurlu olmaq ehtimalınız da artır. Türkiyə və UEFA-dakı təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, VAR-ın yaxşı işləməsi üçün ilk növbədə meydandakı hakim uğurlu olmalıdır. Meydandakı yaxşı deyilsə, VAR da yaxşı olmayacaq.

- Ciddi hakim səhvləri olanda ictimaiyyətə bildirirsiz?

- Tez-tez olmasa da, yayımçı telekanalda proqramlara qatılır, epizodları şərh edirəm. Hakim səhv qərar veribsə, bunu deyirik. Riskli mühit görünə bilər, amma Azərbaycanda ictimaiyyətə vəziyyəti izah edəndə rahatlayırlar. Səhvlərin qəbul edilməsi müsbət atmosfer yaradır.

- VAR səslərini yayımlamısız?

- Təcrübə məqsədilə iki dəfə telekanalda epizodu şərh etmişəm. "Baxın, iddia edildiyi kimi VAR çağırıb, lakin hakim getməyib və ya hakim VAR-a getməli idi" deyə fikirlər səsləndirdim. Liqanın ilk hissəsini paylaşdıqdan sonra bir daha belə tələb olmadı.

- Bakıdakı həyatınız necədir?

- Bakı tarixi və müasir paytaxtdır. Əyləncəli vaxt keçirmək üçün yerlər var. Türk yeməkləri mövzusunda da sıxıntım yoxdur. Evdən çölə çıxmağı çox sevən biri deyiləm. Bəxtim bir də onda gətirib ki, Trabzon-Bakı birbaşa reysi var. Səfər 1 saat 15 dəqiqə çəkir.

- Meydançada hakimlərə qarşı münasibət necədir?

- Problemlə qarşılaşmamışam. Türkiyədən gəlməyimizin üstünlükləri var. Azərbaycanda Super Liqanı təxmin etdiyimdən daha çox izləyirlər. Zəlzələyə görə "Qarabağ" - "Qalatasaray" və "Sabah" - "Beşiktaş" oyunları təşkil edildi, böyük maraq var idi. Bundan başqa, məni, Bahattin Duranı, Tarık Ongünü tanıyırlar. Hətta bir dəfə unudulmaz an yaşadım. Oyun zamanı meydançada Haluk Leventin "Anlasana" mahnısı səsləndirildi, gəncliyimə getdim sanki. İndi bu mahnını hamı bilmir. Üniversitet vaxtımızda belə atmosferlər olurdu. Azərbaycan radiosunda mahnıların böyük hissəsi türklərindir. Mədəniyyətlərimiz çox oxşardır.

OXŞAR XƏBƏRLƏR
"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu