Menyu

Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi azalıb

Nərmin Qocamanlı
Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 136 milyon 431 min ABŞ dolları olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,1 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 1,48 %-ni təşkil edib.

Beş ayda Azərbaycandan Ukraynaya 35 milyon 396 min, Ukraynadan Azərbaycana isə 101 milyon 35 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə illik müqayisədə müvafiq olaraq 9 dəfə və 8,7 % azdır.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər