http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Qurban Qurbanov: "İlk oyunda ola bilər ki, istədiyimiz performansda olmayaq"

02 İyul 2023 , 09:30
Qurban Qurbanov: "İlk oyunda ola bilər ki, istədiyimiz performansda olmayaq"

“Hazırlıqlarımız pis getmir. Futbolçular çox yükləniblər. Heç bir futbolçuya keçirilən iki yoxlama matçında 90 dəqiqə oynamağa şərait yaratmadıq”.

"Operativ Media" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Komandasının Avstriya toplanışını dəyərləndirən çalışdırıcı futbolçulardan razı qaldığıbı bildirib: “Hər iki oyunda komandadan razı qaldım. Yorğun olmalarına baxmayaraq, ciddi səhvləri nəzərə almasaq, düzgün oynamağa çalışdılar. Get-gedə daha da yaxşılaşacaq. Hamı ürəkdən məşq edir, bu hazırlığa çox ciddi yanaşır. Qarşıda 3-cü oyunumuz var. O oyuna kimi daha yaxşı olacaq”.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə keçiriləcək görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb: “İlk oyunda ola bilər ki, istədiyimiz performansda olmayaq. Həm texniki, həm də fiziki cəhətdən çatışmazlıqlarımız ola bilər. Buna baxmayaraq, oyuna çox ciddi yanaşırıq. İnanıram ki, futbolçularımız “Linkoln”la oyunda öz optimal formalarına yaxın olacaqlar. Futbolçularıma təşəkkür edirəm. Bütün məşqlərdə çox məsuliyyətlidirlər. Əsas məni qane edən budur. Qarşıdakı günlərdə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

OXŞAR XƏBƏRLƏR
"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu