“Qarabağ”dan ayrılan Musa Qurbanlı müqavilə bağlayacağı yeni komandası “Djuqarden”in yerli liqadakı ev matçını dünən stadiondan canlı izləyib.
"Operativ Media" İsveçin “Expressen” nəşrinə istinadən xəbər verir ki, Stoqholm təmsilçisi hücumçusu Viktor Edvardsenin gedişindən sonda ön xəttə oyunçu axtarışındadır. Bundan başqa, digər hücumçular Coel Asoro və Yakob Berqstremin də bu yay komandanı tərk edəcəyi gözlənilir.
“Djugarden” 2023/24 mövsümündə Konfrans Liqasında yarışacaq. Turnirə ikinci mərhələdən başlayacaq komandanın bu mərhələdə rəqibi İsveçrə təmsilçisi “Lyütsern” olacaq.






