"Mançester Siti" müdafiə xəttini gücləndirir

Əziz Əzizli
"Mançester Siti" müdafiə xəttini gücləndirir

"Leypsiq"in futbolçusu Yoşko Qvardiol karyerasını "Mançester Siti"də davam etdirməyə yaxındır.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya klubunun idman direktoru Maks Eberl "The Times" nəşrinə açıqlamasında bildirib.

O, xorvatiyalı müdafiəçinin yaxın zamanda İngiltərə təmsilçisinə keçəcəyini söyləyib. Klublar arasında danışıqlar gedir.

"Mançester Siti" Qvardiol üçün "Leypsiq"ə 100 milyon avro ödəməyə hazırdır.

Digər xəbərlər