http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Mahir Emreli: "Bura niyə gəldiyimi göstərməyə çalışacağam"

03 İyul 2023 , 10:19
Mahir Emreli: "Bura niyə gəldiyimi göstərməyə çalışacağam"

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Sportske” nəşrinə müsahibə verib.

"Operativ Media"nın məlumatına görə, 26 yaşlı futbolçu Zaqreb təmsilçisinin bir hissəsi olmaqdan məmnun olduğunu bildirib:

“Özümə inanıram, burada qalmaq və iz qoymaq istəyirəm. Komandaya layiq olduğumu sübut etməliyəm. Bunu ilk növbədə kluba və azarkeşlərə borcluyam. Bura niyə gəldiyimi göstərməyə çalışacağam. Yeni baş məşqçi İqor Bişçanla danışmaq imkanım olmayıb. Amma onun əfsanəvi futbolçu olduğunu bilirəm. Məşqlərimiz də əla keçir”.

Forvard ötən mövsüm icarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış etdiyini xatırladıb:

“Mənim üçün ən çətin mövsümlərdən biri idi. Bunu statistikadan da görmək olar. Təəssüf ki, “Dinamo”da az forma şansı əldə etdim və Türkiyəyə getmək variantı yarandı. Bunun düzgün qərar olduğunu düşünürəm. Amma orada da çətin dövr keçirdim. Çünki hazırlığı başa vurmuş, ən yaxşı formada olmayan və çoxlu məğlubiyyətlər alan komandaya keçmişdim. Uyğunlaşmağa da vaxtım yox idi. Hazırda buradayam və ümid edirəm ki, “Dinamo”da məni yaxşı günlər gözləyir”.

Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

OXŞAR XƏBƏRLƏR
"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu