Amerikanın "İnter Mayami" klubu transfer çalışmalarını davam etdirir.
"Operativ Media" xəbər verir ki, İspaniya millisinin sabiq müdafiəçiləri Serxio Ramos və Xordi Alba Şimali Amerika MLS-ə keçməyə yaxındırlar.
“Barselona”nın sabiq futbolçuları, argentinalı Lionel Messi və ispan Serxio Busketsi transfer edən “İnter Mayami” ispan futbolçularla danışıqlar aparır.
37 yaşlı Ramos və 34 yaşlı Jordi Alba azad agent kimi "İnter Mayami" klubuna qoşula bilərlər.
"Barselona"nın və Argentina millisinin sabiq baş məşqçisi Xerardo Martino "İnter Mayami"nin baş məşqçisi təyin olunub.
"İnter Mayami" MLS Şərq Konfransında sonuncu yerdədir.






