http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Musa Qurbanlı "Qarabağ"la vidalaşdı

05 İyul 2023 , 00:33
Musa Qurbanlı "Qarabağ"la vidalaşdı

İsveçin “Yurqorden” klubuna keçəcəyi gözlənilən Musa Qurbanlı "Qarabağ"la vidalaşıb.

"Operativ Media" xəbər verir ki, 21 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşım edib.

"Qarabağ" ailəsi! Mənə ilk gündən doğma olan, həyatımın ayrılmaz parçası halına gəlmiş klubumdan karyeramda yeni səhifə açmaq üçün ayrılıram. Lap uşaqlıqdan bu gözəl ailənin içində oyunları böyük heyranlıqla izləyərək, bir gün meydanda olmaq xəyalı ilə böyümüşəm. Çox şükür, bu arzumu həyata keçirmək mənə nəsib oldu! Karyeramın ilklərini, ən gözəl anlarını burada yaşadım, unudulmaz və dəyərli dostlar, xatirələr, təcrübə qazandım. Amma yeni çağırışların arxasınca getmək və ölkəmizi xaricdə layiqincə təmsil etmək vaxtıdır. İlk növbədə, daim mənə dayaq olan atama və ailəmə, futbolçu və insan kimi yetişməyimdə əməyi olan hər kəsə, rəhbərliyimizə, məşqçilərimizə, tibbi heyətimizə, keçmiş və indiki komanda yoldaşlarıma, bazamızda bizim üçün zəhmət çəkən bütüm işçilərə və məni ilk gündən dəstəkləyən bütun azarkeşlərimizə sonsuz minnətdaram.

Həmçinin üzərimdə böyük əziyyəti olan “Neftçi"yə, akademiyadakı məşqçilərimə, karyeramda çox önəmli yeri olmuş ”Zirə” və həmişə mənə hədsiz dəstəyini əsirgəməyən məşqçim Rəşad Sadıqova dərin təşəkkürlərimi bildirirəm.

Əziz və dəyərli, “Qarabağ” ailəsi! “Qarabağ” bir futbol klubundan çox daha artıqdır. "Qarabağ" bir ailə, məktəbdir. Haqqınızı halal edin, hamınız üçün darıxacağam, görüşənədək" - deyə Musa qeyd edib.

Qeyd edək ki, Musa Qurbanlının "Yurqorden"lə 3 illik müqavilə bağlayacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR
"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu