05 İyul 2023, 08:54
Firminyo "Əl Əhli" klubuna transfer oldu

Firminonun “Əl-Əhli”yə transferi rəsmiləşdi. Brazilyalı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqavilə bağladı.
"Operativ Media" xəbər verir ki, 31 yaşlı hücumçu daha öncə bu kluba transfer edilən Eduard Mendiyə qoşuldu. Onlar hər ikisi son mövsümü İngltərə Premyer Lqasında keçirib – Mendi “Çelsi”dəm transfer edilibsə, Firmino “Liverpul”dan azad agent kimi ayrılıb.
Xatırladaq ki, Firmino vətənindən ayrıldıqdan sonra “Hoffenhaym” (2011-15) və “Liverpul”da oynamışdı (2015-23).