SOCAR və Tatneft arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Nərmin Qocamanlı
SOCAR və Tatneft arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatneft Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında paylaşım edib.

"Tatneft Publik Səhmdar Cəmiyyətinin baş direktoru Nail Maqanov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf ilə görüş zamanı SOCAR və Tatneft arasında əməkdaşlığın perspektivləri, energetika sahəsində həyata keçirilən layihələr və təcrübə mübadiləsi barədə müzakirə apardıq", - o, qeyd edib.

Digər xəbərlər