21 yaşadək futbolçular arasında Avropa çempionatında ikinci finalçı da müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, bu, İspaniya millisi olub. Onlar yarımfinalda Ukrayna yığmasını 5:1 hesabı ilə məğlub edib.
İlk yarımfinal qarşılaşmasında İngiltərə seçməsi İsraildən 3:0 hesabı ilə üstün olmuşdu.
Beləliklə, finalda İngiltərə və İspaniya yığmaları üz-üzə gələcək. Ukrayna və İsrail isə 3-cü yer uğrunda mübarizə aparacaq.






