06 İyul 2023, 09:45
Mahir Emreli: "Türkiyədə təcrübə qazandım və indi yeni fürsət üçün qayıtmışam"
Mahir Emreli: "Türkiyədə təcrübə qazandım və indi yeni fürsət üçün qayıtmışam" şəkil
Mahir Emreli: "Türkiyədə təcrübə qazandım və indi yeni fürsət üçün qayıtmışam"

Azərbaycan millisinin və "Dinamo"nun hücumçusu Mahir Emreli Xorvatiya mətbuatına müsahibə verib.

"Operativ Media" xəbər verir ki, forvard Zaqreb klubuna özünü sübut etmək istədiyini deyib:

- "Dinamo"ya xoş gəlmisiniz. Türkiyədə icarədə olandan sonra burada nələr dəyişib?

- İlk növbədə məşqçi və heyət. Çoxlu tanış simalar, yeni gənc istedadlar var. "Dinamo"nu, Zaqrebi sevirəm. Türkiyədə təcrübə qazandım və indi yeni fürsət üçün qayıtmışam.

- Ante Çaçiçin vaxtında qış hazırlığında ən yaxşılardan idin, niyə getdin?

- Hərə bir şey deyirdi, azarkeşlər başqa, media başqa. Əsas olan məşqçinin nə düşündüyü idi və onun planlarında yer almırdım. Bilirdim ki, istədiyim qədər oynaya bilməyəcəm və icarəyə getməyə qərar verdim.

- Çaçiçin planlarında olmadığınızı öyrənəndə nə qədər çətinlik yaşadız?

- Futbol həyatı belədir. Bunu qəbul etmək çətin olmadı. Məqsədim döyüşmək idi, "Dinamo"da oynamağın nə demək olduğunu bilirəm. İndi yeni baş məşqçi gəlib və özümü sübut etmək üçün yeni şansım var. Məni bu kluba gətirənlərin etimadığını doğrultmaq üçün hər şeyi edəcəm.

- Türkiyədə nə təcrübə qazandız?

- Daha yaxşısı ola bilərdi. Mən gələndə komanda çətin durumda idi. Yeni baş məşqçi gəlmişdi, komandanın hazırlıq səviyyəsi aşağı idi. Daha yaxşı oynaya, qol vura bilsəydim çox xoşbəxt olardım, amma belədir. Buna baxmayaraq, həyatımda heç nəyə peşman deyiləm. Bunlar məni daha da güclü edir.

- Millinin düşərgəsindən ayrıldıqdan sonra "Dinamo"ya gözləniləndən daha tez qoşulduz. Bu nə ilə bağlı idi?

- Mümkün qədər tez gəlib, özümü baş məşqçiyə təqdim etmək istəyirdim.

- Ən yaxşı oyununuz "Riyeka" ilə səfər matçıdır (2:7)?

- Bilmirəm, amma görüşdə iki qol vurmuşdum və xoşbəxt idim.

- Hücumda bir neçə mövqedə oynaya bilirsən. Özünü hansında daha rahat hiss edirsən?

- Cinah və mərkəz hücumçusu əsas mövqelərimdir. Yarımmüdafiədə də oynaya bilərəm. Son matçda belə çıxış etdim və pis alınmadı. Topun daha çox məndə qalmasını, rəqib qapısına irəliləməyi sevirəm.

- Baş məşqçi İqor Bişçanın oyun üslubuna uyğun gəlirsiz?

- O, böyük oyunçudur. "Dinamo"nun əfsanəsidir və yaxşı karyerası olub. Ona hörmətim var. Futbolçuları yaxşı başa düşür və bu, bizə kömək olur. Ümid edirəm ki, hazırlıqlardan sonra da azarkeşin futboldan həzz alması üçün meydanda çalışacağıq. Sürəti, aqresiv və hücum futbolu.

- Yeni mövsümdə sizdən nə gözləyək?

- Hər kəsə "Dinamo"ya layiq olduğumu sübut etmək üçün əlimdən gələni edəcəm.

Son xəbərlər
Azərbaycanın U-17 millisi Belarusa məğlub oldu
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?
Böyük Dəbilqə: Azərbaycan turniri medalsız başa vurdu
Prezident: Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi böyük məmnunluq doğurur