06 İyul 2023, 12:45
Azərbaycanın gənc boksçuları beynəlxalq turnirdə mübarizə aparacaq
Azərbaycanın gənc boksçuları beynəlxalq turnirdə mübarizə aparacaq şəkil
Azərbaycanın gənc boksçuları beynəlxalq turnirdə mübarizə aparacaq

Gürcüstanın Qori şəhərində bu gün gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.

"Operativ Media" xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Turnirdə məşqçilər Ceyhun Əbiyevlə Elvin Məmişzadənin rəhbərliyi altında Ramal Yolçuyev (48 kq), Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Nadir Məlikov (60 kq), Ayxan Əliyev, Özcan Rəsulzadə (hər ikisi 67 kq) və İlfan Xəlilli (80 kq) güclərini yoxlayacaqlar.

Yarıda ölkəmizi hakimi kimi Anar Nağdıyev təmsil edəcək.

Qeyd edək ki, iyunun 4-də səfərə yollanan komanda ayın 10-da Bakıya qayıdacaq.

Son xəbərlər
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək
"SpaceX" kosmosa “NROL-57” casus peyki göndərib
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb