06 İyul 2023, 22:43
"Bayer Leverkuzen" "Arsenal"ın yarımmüdafiəçisini aldı
"Bayer Leverkuzen" "Arsenal"ın yarımmüdafiəçisini aldı şəkil
"Bayer Leverkuzen" "Arsenal"ın yarımmüdafiəçisini aldı

"London “Arsenal”ının müdafiəçisi Qranit Caka Almaniyanın “Bayer” klubuna keçib.

"Operativ Media" xəbər verir ki, İsveçrə millisinin üzvü Bundesliqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Leverkuzen klubu bu transfer üçün “Arsenal”a 25 milyon avro ödəyib.

Caka 2016-cı ildən “Arsenal”da çıxış edirdi. O, daha əvvəl “Bazel” və Münhenqladbah “Borussiya”sında da oynayıb.

“Bayer” Münhenqladbah “Borussiya”sının yarımmüdafiəçisi Yonas Hofmannı da transfer edib. Leverkuzen təmsilçisi 30 yaşlı alman futbolçunun keçidi üçün də 10 milyon avro ödəyib. Onunla 4 illik müqavilə imzalanıb.

Hofmann da “Borussiya”da 2016-cı ildən forma geyinirdi. O, daha öncə Dortmund “Borussiya”sında, “Hoffenhaym” və “Maynts”da da çıxış edib.

“Arsenal” yarımmüdafiəçisi Ris Nelsonla da yeni müqavilə imzalandığını açıqlayıb. 23 yaşlı sağ cinah vingeri ilə yeni müqavilə 2027-ci ilin 30 iyununa qədərdir.

Son xəbərlər
Bərdədə yaşayış binasının eyvanı uçub
Sabah 30 dərəcə isti olacaq - PRAQNOZ
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib