http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda 168 653 kommersiya qurumu dövlət qeydiyyatından keçib

07 İyul 2023 , 19:43
Azərbaycanda 168 653 kommersiya qurumu dövlət qeydiyyatından  keçib

Bu ilin iyulun 1-nə Azərbaycanda dövlət qeydiyyatından keçmiş 168 653 kommersiya qurumu olub.

"Operativ Media" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 10,1 % çoxdur.

O cümlədən son 1 ildə aktiv kommersiya qurumlarının sayında isə 13,5 % artım qeydə alınıb.

İyunun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,7 %-i MMC, 1,3 %-i SC, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 726 vahid təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % artım deməkdir.

Bu ilin I yarısında 8 012 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,9 %-i yerli, 12,1 %-i isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,3 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 % təşkil edib. 6 ay ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 6 989 yerli MMC qeydiyyata alınıb.

Yanvar-iyun aylarında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 1 il əvvələ nisbətən 26,3 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 17 % artıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

“Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu