Menyu

Norveçdə Azərbaycan vətəndaşı qətldə şübhəli bilinərək həbs edilib

Redaksiya
Norveçdə Azərbaycan vətəndaşı qətldə şübhəli bilinərək həbs edilib

Norveçin Bergen şəhərindəki "Magic Hotel Solheimsviken" hotelində Ukraynadan olan 30 yaşlı qadının Azərbaycan vətəndaşı tərəfindən qətlə yetirildiyi bildirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə "Nettavisen" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polisdən bildirilib ki, hotel Ukraynadan olan qaçqınların yerləşdirildiyi Bergen şəhərinin mərkəzinə yaxındır.

Qonaqlar otaqların birində çoxsaylı bədən xəsarətləri olan qadın tapıblar. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Adı açıqlanmayan Azərbaycan vətəndaşı cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb. Saxlanılan şəxs cinayətlə əlaqəli olmadığını bildirib.

Norveç jurnalistləri isə ölkə DİN-nin suallara cavab vermədiyini qeyd edir.

HOTELL: Magic Hotel Solheimsveien fungerer som akuttinnkvartering for flyktninger, de fleste ukrainske. Det var her hendelsen fant sted. Foto: Bjørnar Morønning / TV 2

BERGEN: Hotellet ligger i et område ved Danmarks Plass, og fungerer som innkvartering for ukrainske flyktninger. Foto: Linda Ekeland / TV 2

Teqlər:

"Norveçdə Azərbaycan vətəndaşı qətldə şübhəli bilinərək həbs edilib"

Əlaqəli Xəbərlər