Vilnüsdə prezident Rəcəb Tayyib Ərdoğan, NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristersson arasında görüş başlayıb.
"Operativ Media" xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə Toplantısındakı işgüzar toplantılarına NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristerssonla görüşü ilə başlayıb.
Prezident Ərdoğanın Sammit çərçivəsində ikinci görüşü Avropa Şurasının sədri Şarl Mişellə olacaq. Ərdoğanla Mişel arasındakı görüşün Bakı vaxtı ilə saat 20:30-da başlaması gözlənilir.
Ərdoğanın hər iki görüşü mətbuata qapalı keçiriləcək.