İsraildə etirazlara səbəb olan məhkəmə qanunu yenidən səsə qoyulacaq
İsraildə Benyamin Netanyahu hökuməti gərgin müzakirələrə və kütləvi etirazlara səbəb olan, eyni zamanda İsrail Ali Məhkəməsinin hökumət üzərində nəzarətini məhdudlaşdıracaq məhkəmə islahatlarını yenidən səsvermə üçün Parlamentə təqdim edəcək.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, İsrail ictimaiyyətində "rasionallıq bəndi" şəklində müzakirə edilən qanun layihəsinin bu axşam parlamentdə ilk səsverməsinin ardından ölkə daxilində etirazların davam edəcəyi gözlənilir.
Qanun layihəsinin qüvvəyə minməsi üçün Nümayəndələr Palatasında üç səsvermədən keçməsi lazımdır. Hökumət qanun layihəsinin Assambleyadakı ilk səsvermədən sonra yenidən təşkil ediləcəyini iddia etsə də, müxalifət məhkəmə islahatları ilə bağlı danışıqlara qayıtmaq istəyir.
Ölkədəki kütləvi etirazlar və tətillər nəticəsində qanunvericilik prosesləri dayandırılan məhkəmə islahatlarında Netanyahu hökuməti müxalifətlə danışıqların bloklanmasından sonra qanun layihəsi ilə bağlı yenidən hərəkətə keçəcəyini açıqlayıb.
Teqlər:
"İsraildə etirazlara səbəb olan məhkəmə qanunu yenidən səsə qoyulacaq"