KİV: Zelenski NATO sammitində iştirak etmək üçün Vilnüsə səfər edəcək
Ukrayna prezidenti Volodimir Zelenski NATO sammitində iştirak etmək üçün iyulun 12-də Vilnüsə səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin Vilnüs sammitində iştirakını təsdiqləyib. O bildirib ki, Ukrayna prezidenti Ukrayna-NATO Şurasının ilk iclasında iştirak edəcək.
Stoltenberq daha əvvəl demişdi ki, Vilnüsdə keçiriləcək sammit zamanı Ukrayna NATO-ya üzvlük üçün rəsmi dəvət almayacaq, lakin alyansın qapılarının ona açıq qalacağına dair siqnal veriləcək. O, həmçinin bildirib ki, NATO Rusiya ilə münaqişənin necə inkişaf etməsindən asılı olmayaraq, Ukraynaya uzunmüddətli hərbi yardım proqramı qəbul edəcək.
Teqlər:
"KİV: Zelenski NATO sammitində iştirak etmək üçün Vilnüsə səfər edəcək"