Cənubi Koreya Ukraynaya hərbi təchizatla dolu təyyarə göndərib
Cənubi Koreya Rusiyanın hərbi əməliyyatı fonunda Ukraynaya hərbi yardım daşıyan daha bir təyyarə göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Müdafiə Nazirliyindəki adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
“Biz Ukraynanın müraciətini nəzərə alaraq əlavə hərbi təchizat göndərmək qərarına gəldik və yardımların daşınması üçün hərbi nəqliyyat təyyarəsi göndərdik”, - məlumatda bildirilib.
Yonhap əlavə edib ki, mənbə göndərilən təyyarənin son təyinat yerini və hərbi yardımın nədən ibarət olmasını açıqlamaqdan imtina edib.
Teqlər:
"Cənubi Koreya Ukraynaya hərbi təchizatla dolu təyyarə göndərib"