Menyu

İranda etirazlar səngimir

İranda etirazlar səngimir

Tehranda yük maşını sahibləri tətil keçiriblər.

"Operativ Media"  xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, yük avtomobili sahibləri molla rejiminin yol polisinin təzyiqlərinə etiraz məqsədilə maşınlarını yolda saxlayaraq tətil ediblər. Qərbi Azərbaycan əyalətində də etirazlar başlayıb. Məhabad və ya Savcabulaq şəhərində qəzəbli əhali ayağa qalxıb. Peyman Qəlvaninin işgəncə altında öldürülməsini pisləyən qəzəbli gənclər tonqallar yandıraraq yolları bağlayıblar. Xatırladaq ki, məhabadlı siyasi məhbus Peyman Qəlvani həbs olunaraq Urmu şəhərinin bədnam Kəşfiyyat İdarəsinin təcridxanasına köçürüldükdən iki həftə sonra hökumət qüvvələrinin işgəncələri altında dünyasını dəyişib.

Teqlər:

"İranda etirazlar səngimir"

Əlaqəli Xəbərlər