Menyu

Fransada Makronu təhqir edən müğənninin çıxışı ləğv edilib

Fransada Makronu təhqir edən müğənninin çıxışı ləğv edilib

Prezident Emmanuel Makrona qarşı zorakılıq çağırışları ilə bağlı istintaq altında olan müğənni İzia İjlen əleyhinə kampaniyalar davam edir.

"Opeativ Media" xəbər verir ki, Fransanın şimalındakı Nor departamentində Lillətrafı qəsəbələrdən birinin rəhbərliyi 14 İyul - Milli Gün münasibətilə xanım müğənninin çıxışını ləğv edib. “İfaçının bayram konsertinə qatılması birlik dəyərlərinə zidd olardı” – deyə Bələdiyyə orqanlarının qərarında qeyd edilib. Qeyd edək ki, Dənizyanı Alp dağları departamentindəki əvvəlki konserti zamanı İzia İjlen tamaşaçılara Fransa liderinə qarşı fiziki zorakılıq çağırışı olan sözlərlə müraciət edib. İfaçı bundan sonra repressiyalara məruz qalıb. Xatırladaq ki, rəsmi Paris Milli Gün ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür.

Teqlər:

"Fransada Makronu təhqir edən müğənninin çıxışı ləğv edilib"

Əlaqəli Xəbərlər