İspaniya sahillərində onlarla Afrika əsilli miqrant xilas edilib
İspaniyalı xilasedicilər 86 seneqallı qeyri-qanuni miqrantın olduğu qayığı Kanar adaları ətrafında aşkar edib.
"Operativ Media" xəbər verir ki, xilasedicilər təyyarə ilə iki həftə qabaq itkin düşmüş miqrantların axtarışlarını davam etdirərkən təsadüfən başqa bir qayığa rast gəliblər. Dərhal qayıqdakı miqrantlar limanlarda yaradılmış sığınacaqlara yerləşdirilib. Xatırladaq ki, iki həftə qabaq Seneqaldan yola çıxan 3 qayıq Kanar adaları yaxınlığında yoxa çıxıb, qayıqlarda olan 300 miqrant itkin düşmüş hesab edilir. Ailələri əlaqədar qurumları miqrantların taleyinə biganə yanaşdıqlarına görə qınayır. Qeyd edək ki, son həftələrdə Kanar adalarına qeyri-qanuni mühacirləri daşıyan bir neçə böyük qayıq çatıb ki, onların da əksəriyyəti Seneqaldan yola düşüb.
Teqlər:
"İspaniya sahillərində onlarla Afrika əsilli miqrant xilas edilib"