Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 5-ə çatıb
Nərmin Qocamanlı
Yaponiyanın cənub-qərb əyalətlərində şiddətli yağışlar nəticəsində ölənlərin sayı 5-ə yüksəlib, 3 nəfər itkin düşüb.
"Operativ Media"nın xəbərinə görə, Yaponiya Meteorologiya Agentliyi həftə sonundan bəri ölkənin cənub-qərb əyalətlərində yerli leysanların rekord həddə çatması ilə əlaqədar xəbərdarlıqlarını davam etdirir.
Fukuoka və Saqa əyalətləri də daxil olmaqla, bölgədə yağışlar səbəbindən həyatını itirənlərin sayı 5-ə yüksəlib. 3 nəfərin axtarışları davam edir.
JMA-nın xəbərdarlığı nəticəsində yerli bələdiyyələr on minlərlə insanın təxliyəsini tələb ediblər. Baş nazir Kişida Fumio təbii fəlakətlərin idarə olunması naziri Yani Koiçi ilə görüşüb.
Torpaq sürüşməsi və daşqınlara qarşı xəbərdarlıqlarını davam etdirən Agentlik həftə ərzində yağıntıların Yapon dənizi (Şərq dənizi) bölgəsinə doğru istiqamətlənəcəyini açıqlayıb.
Teqlər:
"Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 5-ə çatıb"