Menyu

Ərdoğan və Bayden görüşüb: "Yeni dövr başlayır"

Ərdoğan və Bayden görüşüb: "Yeni dövr başlayır"

NATO Sammiti üçün Litvada səfərdə olan Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Co Bayden arasında görüş olub.

"Operativ Media" xəbər verir ki, liderlər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Ərdoğan seçkilərdə qalib gəlməsi münaasibətilə onu təbrik edən Baydenə təşəkkür edib: "Hesab edirəm ki, strateji mexanizm çərçivəsində prezidentlər səviyyəsində məsləhətləşmələrin vaxtıdır. Bu  görüşü ilk addım kimi görürəm. Əvvəlki görüşlərimiz isinmə hərəkətləri kimi idi, indi isə yeni prosesə başlayırıq. Təbii ki, bu yeni proses mənim üçün beş illik bir prosesdir, indi sizin də seçki hazırlıqlarınız var. Əvvəlcədən bu seçkiyə hazırlıqda sizə uğurlar arzulayıram”.

Bayden görüşdən əvvəl çıxışında Türkiyə tərəfinin İsveçin NATO-ya üzv olma protokolunun Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyini açıqlamasından məmnunluğunu ifadə edib.

Bayden prezident Ərdoğana İsveçlə bağlı diplomatiyasına görə təşəkkür edib.

NATO Sammitini “tarixi” adlandıran Bayden alyansın müdafiəsini gücləndirmək öhdəliyini bir daha təkrarlayıb.
 

Teqlər:

"Ərdoğan Bayden görüşüb: \"Yeni dövr başlayır\""

Əlaqəli Xəbərlər