Menyu

Şoyqu: "Kiyevə kasset sursatlarının verilməsi münaqişəni uzadacaq"

Şoyqu: "Kiyevə kasset sursatlarının verilməsi münaqişəni uzadacaq"

"Amerikalıların Kiyevə kaset sursatlarının tədarükü Ukraynadakı münaqişəni uzadacaq".

"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Artıq bütün dünya gördü ki, ABŞ kaset sursatlarının təhvil verilməsini təsdiqləyib. Onlar bunu müxtəlif səbəblərlə əsaslandırırlar. Bu, təbii ki, münaqişənin uzanmasına təsir edəcək”, - deyə nazir qeyd edib.

"Nə biz, nə amerikalılar, nə də Kiyev kasetli sursatlar haqqında Konvensiyaya qoşulmamışıq. Lakin belə sursatların mülki əhali üçün yaratdığı təhlükəni dərk edən Rusiya xüsusi əməliyyatda onlardan istifadə etməkdən çəkinib", - Şoyqu vurğulayıb.

"ABŞ Ukraynaya kaset bombası tədarük edərsə, Rusiya silahlı qüvvələri cavab olaraq Ukrayna silahlı qüvvələrinə qarşı oxşar silahlardan istifadə etməyə məcbur olacaq. Qeyd edək ki, Rusiyanın bütün hallarda, belə demək mümkünsə, kasetli sursatlar xidmətindədir. Eyni zamanda, onlar ABŞ-nin sursatlarından qat-qat effektivdir, onların diapazonu daha geniş və müxtəlifdir”, - o bildirib.

Nazirin sözlərinə görə, hazırda xüsusi təyinatlı hərbi əməliyyatların keçirildiyi ərazidə Birləşmiş Qüvvələr Qrupunun komandanlığı şəxsi heyətin və texnikanın kaset sursatlarından qorunması üçün əlavə təşkilati-texniki tədbirlər həyata keçirir.

Teqlər:

"Şoyqu: \"Kiyevə kasset sursatlarının verilməsi münaqişəni uzadacaq\""

Əlaqəli Xəbərlər