Kreml Türkiyənin Aİ-yə üzvlük və İsveç siyasətinə münasibət bildirib
Türkiyənin İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmasından sonra Kreml bir-birinin ardınca açıqlamalar verib.
"Operativ Media" xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gündəmə gətirdiyi Avropa İttifaqına üzvlük açıqlamalarını dəyərləndirib.
“Türkiyə bir gün Avropa Birliyinə daxil olacaqları illüziyasına qapılmamalıdır”, - Peskov deyib.
“Amma biz bilirik ki, Avropada heç kim Türkiyəni istəmir. Türkiyəli tərəfdaşlarımız çəhrayı eynəklərini taxmasınlar”, - Peskov əlavə edib.
Peskov Rusiyanın Türkiyənin NATO üzvü kimi İsveçlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğunu anladığını və Moskvanın bütün fikir ayrılıqlarına baxmayaraq Ankara ilə yaxşı münasibətlər qurmağa davam etmək istədiyini vurğulayıb.
Teqlər:
"Kreml Türkiyənin Aİ-yə üzvlük və İsveç siyasətinə münasibət bildirib"