12 İyul 2023, 14:50
Daha 86 əmlak hərraca çıxarılacaq
Daha 86 əmlak  hərraca çıxarılacaq şəkil
Daha 86 əmlak hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 19 və 25 iyul tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, iyulun 19-da təşkil olunacaq hərraca Azərbaycan Beynəlxalq Bankına və Əmanətlərin Sığortalanması Fonduna məxsus ümumilikdə 31 nəqliyyat vasitəsi çıxarılacaq. Nəqliyyat vasitələrinin istehsal tarixi 1998-2014-cü illəri əhatə edir.

İyulun 25-də keçiriləcək hərraca isə 6 səhmdar cəmiyyətin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 42 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye sahəsinə aiddir Səhmdar cəmiyyətlərinin səhm paketləri nizamnamə kapitalının 30 faizini təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixləri isə 1990-2013-cü illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)

Son xəbərlər
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir
Ötən il əmək müqavilələrinin sayı artıb
FHN internat tipli ümumtəhsil məktəbində təlim keçirib
XİN: İranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirakı qəbuledilməzdir