Menyu

Rusiya və ABŞ kəşfiyyat rəhbərləri Ukrayna məsələsini müzakirə ediblər

Rusiya və ABŞ kəşfiyyat rəhbərləri Ukrayna məsələsini müzakirə ediblər

Ötən ay ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında Ukrayna məsələsi ilə bağlı telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bunu Sergey Narışkin açıqlayıb.

O bildirib ki, görüş ABŞ tərəfinin istəyi ilə baş tutub və səbəb kimi iyunun 24-də muzdlu “Vaqner” qrupunun Rusiya administrasiyasına qarşı silahlı üsyanı göstərilib: “Söhbətin əsas hissəsi Ukrayna məsələsi və Ukrayna ətrafında cərəyan edən proseslərə yönəldilib. Biz Ukrayna ilə bağlı nə edəcəyimizi düşündük və danışdıq”.

Görüşün bir saata yaxın davam etdiyi barədə məlumat verən Narışkin qeyd edib ki, Börnslə təkbətək görüş ehtimalı var.

Teqlər:

"Rusiya ABŞ kəşfiyyat rəhbərləri Ukrayna məsələsini müzakirə ediblər"

Əlaqəli Xəbərlər