Menyu

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Türkiyəni ittiham edib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Türkiyəni ittiham edib

"Azov" millətçi batalyonunun komandirlərinin Kiyevə təhvil verilməsi ilə bağlı vəziyyət Türkiyəni müsbət imicdən məhrum edir".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS-a bildirib.

“Bu, Türkiyənin məsələ ilə bağlı öhdəliklərini yerinə yetirməməsi deməkdir”, - o, qeyd edib.

Narışkin məsələ ilə bağlı Türkiyəylə əlaqə saxlayıb-saxlamamaları barədə suala belə cavab verib: “Xeyr, baş verənlərdən sonra əlaqə saxlamadıq”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Türkiyədə saxlanılan Azov batalyonunun beş komandiri ilə birlikdə vətənə qayıtdığını bildirib. Cümə günü Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Teqlər:

"Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Türkiyəni ittiham edib"

Əlaqəli Xəbərlər