Minsk "Vaqner"in döyüş təcrübəsindən istifadə etməyə çalışır
Belarus Daxili İşlər Nazirliyinin yüksək rütbəli rəhbərliyi “Vaqner"in Belarusda yaradılan xüsusi təyinatlı birləşmələrin hazırlanması təlimində potensial rolu ilə bağlı danışıqlar aparır.
"Operativ Media" xəbər verir ki, bunu Belarus daxili işlər nazirinin müavini Nikolay Karpenko deyib.
“Hazırda biz “Vaqner” hərbi şirkətinin nümayəndələri ilə danışıqlar aparırıq. Onlar əvəzsiz döyüş təcrübələrini bölüşməklə bizimlə birgə döyüş hazırlığı aparacaqlar”, - BelTA xəbər agentliyi Karpenkodan sitat gətirib.
Onun sözlərinə görə, bu cür dəstələrin əsas məqsədi xüsusi şəraitdə qoşunların döyüş qabiliyyətini artırmaq olacaq.
"Bu, təxribat-kəşfiyyat qruplarına, qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizəni nəzərdə tutur. Biz bu bacarıqları inkişaf etdirmək üçün artıq bir neçə aydır ki, öz milli sərhədlərimizi qoruyur, həm sərhədçilər, həm də xüsusi əməliyyat qüvvələri ilə sıx əməkdaşlıq edirik", - nazir müavini qeyd edib.
Teqlər:
"Minsk \"Vaqner\"in döyüş təcrübəsindən istifadə etməyə çalışır"