Ərdoğan Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi olmağa hazır olduğunu bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasındakı münaqişədə vasitəçi olmağa hazır olduğunu bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitindən sonra mətbuat konfransında deyib.
"Tərəflər razılaşsa və ya bizim vasitəçilik etməyimizi istəsələr, biz buna şad olarıq. İstanbul taxıl sazişində olduğu kimi, bu cür addımlarda da vasitəçi olmağa hər zaman hazırıq. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə görüşən ölkədir. Ancaq indiyədək bizə bu barədə müraciət olunmayıb”, - deyə Ərdoğan qeyd edib.
Teqlər:
"Ərdoğan Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi olmağa hazır olduğunu bildirib"