http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Xaçaturyan Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

12 İyul 2023 , 21:05
Xaçaturyan Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatından ARMENPRESS-ə məlumat verilib.

Məlumata görə, Vaaqn Xaçaturyan Pietro Parolinin Ermənistanla Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafına verdiyi şəxsi töhfəni yüksək qiymətləndirib. Prezident qeyd edib ki, ermənilər üçün bu ağır dövrdə Əlahəzrətin xeyir-duası və dəstəyi zəruri və təqdirəlayiqdir.

"Biz həmçinin Müqəddəs Taxt-Tacla Ermənistan arasında uzun tarixə malik olan və yüksələn xətlə inkişaf edən münasibətləri yüksək qiymətləndiririk. Bu münasibətlər xristian dəyərləri, sülh, ədalət, insan hüquqları kimi dəyərlərə əsaslanır.

Biz sülhə nail olmağa sadiqik və bu yoldayıq. Bölgəmizdə davamlı sülhün bərqərar olmasına yönəlmiş səylərə, nəsihətlərə və dualarına görə bir daha Müqəddəs Taxt-Taca və Papaya təşəkkür etmək istəyirəm.

Təbii ki, əlaqələrimizin inkişafında yüksək səviyyəli siyasi görüşlərin böyük əhəmiyyəti var və çoxsaylı qarşılıqlı səfərlər yüksək səviyyəli dialoqun qurulmasına səbəb olub. Əminəm ki, səfəriniz də əlaqələrimizin dərinləşməsinə öz töhfəsini verəcək”, - Xaçaturyan bildirib.

"Ermənistanda olmaq mənim üçün böyük şərəfdir. Ermənistan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan gözəl əlaqələri də vurğulamaq istərdim. Siz haqlı olaraq qeyd etdiniz ki, çoxlu qarşılıqlı səfərlər var və bu, yaxşı münasibətlərin olduğuna işarədir, eləcə də onların dərinləşdirilməsi və inkişafı üçün səylər göstərilir”, - deyə Müqəddəs Taxt-Tacın dövlət katibi bildirib.

Görüşdə tərəflər Laçın yolunu da müzakirə ediblər. Prezident Xaçaturyan qeyd edib ki, Qarabağ ermənilərinin "faktiki təcrid olunması" "humanitar böhran"la nəticələnib və bu "böhran" "qaz, elektrik və telekommunikasiyanın bağlanması" ilə müşayiət olunub.

Müqəddəs Taxt-Tacın dövlət katibi regionda sülhün və sabitliyin təmin edilməsinin, eləcə də tərəflər arasında etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb. Bu kontekstdə həmsöhbətlər danışıqların davamlılığının təmin edilməsinin vacibliyini, nəticədə sülhə nail olmağın mümkün olacağını vurğulayıblar. Hər iki tərəf Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün təminatların zəruriliyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ABŞ-də atışma olub

ABŞ-də atışma olub

Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"

Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"

Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib

Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu