Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs sammitindən ölkəsinə mühüm “təhlükəsizlik qələbəsi” aparacaqlarını bəyan edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Zelenski Sammit çərçivəsində keçirilən ilk Ukrayna-NATO Şurasının iclasından sonra danışıb.
"Biz G7 ölkələri və əsas tərəfdaşlarımızla ikitərəfli və çoxtərəfli razılaşmalarla genişləndiriləcək təhlükəsizlik zəmanətləri barədə razılaşdıq. Ukrayna nümayəndə heyəti Ukrayna üçün, ölkəmiz, xalqımız, uşaqlarımız üçün mühüm təhlükəsizlik qələbəsini vətənə aparır. Bu, bizim üçün yeni təhlükəsizlik imkanları açır”, - Zelenski qeyd edib.